Astara bələdiyyəsinin sədri Aygül Məmmədova bələdiyyənin cari fəaliyyətiylə bağlı Belediyye.infoya açıqlama verib. Açıqlamada bir sıra məqamlara toxunan sədrin əsas fikri ölkə başçısının regiona səfəriylə bağlı olub.:
“Azərbaycan Respublikasının cənub regionu olan Astara qeyri neft sektorunun inkişaf etdirilməsi üçün ən geniş perspektivi olan rayondur. Belə ki, çay, sitrus və çəltik rayonun brend məhsullarıdır. Hər bir sahədə olduğu kimi kənd təsərrüfatı sahəsinin inkişafı bütün instansiyalarda dəstək görməlidir. Sahibkarlara, əkinçilərə və maldarlara dəstək Astara bələdiyyəsinin fəaliyyət planına daxil edilmişdir. Belə ki, Astara bələdiyyəsi ərazidə 150 hektar sahədə əkinlə məşğul olan əkinçilərə dəstək məqsədilə əkin yollarının təmirini həyata keçirməkdədir. Astara bələdiyyəsi bütün yaranan problemlərə baxmayaraq vətəndaşlarla əl-ələ verərək öz fəaliyyətini davam etdirməkdədir.
Astara şəhərinin Məşədi əzizbəyov küçəsinin 1 km-lik hissəsini təmir etdirən Astara bələdiyyəsi əkinçilərin sevincinə səbəb olmuşdur. Çünki əkin-biçin texnikasının hərəkət edə bilmədiyi yol məhsulun sahədə sıradan çixmasına olmasına səbəb olurdu.
Hal-hazirda həmin yol xiriş tökülərək hamarlanmış və əkinçilərin istifadəsinə verilmişdir. Hesabına icra bölməsi tərəfindən həbs qoyulan bələdiyyə daha böyük işlər görmək istəyir. Lakin təəssüf ki bələdiyyə qanunvericiliyində olan bir sıra boşluqlar buna mane olur.”
Belediyye.info